Naxçıvanda hərrac yolu ilə 3 avtomobil özəlləşdirilib
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 7 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 3 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 3 qalib müəyyənləşdirilib. Digər 4 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 16 dekabr 2025-ci il tarixdə keçiriləcək. Ətraflı məlumatı və nəqliyyat vasitələrinin siyahısını Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.