REGİONLAR
Naxçıvanda indiyədək 61 min 241 nəfərə COVID-19 əleyhinə vaksin vurulub
Naxçıvan, 10 avqust, AZƏRTAC
Ötən dövrdə muxtar respublika üzrə 61 min 241 nəfər COVID-19 əleyhinə vaksin qəbul edib və bu iş davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə bu il fevralın 2-dən muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya aparılır.
Peyvəndə ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçiləri, bunun ardınca isə digər əhali qrupları mərhələli şəkildə cəlb olunub. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini əhalinin sağlamlığına hesablanıb.
Vaksinasiyalar zamanı heç bir narahatlıq müşahidə olunmayıb.