Naxçıvanda onlayn intellektual oyunun qalibləri müəyyənləşib
Naxçıvan, 4 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı onlayn şəkildə gənclər arasında “Kim? Nə? Hara?” intellektual oyunu keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, oyun 8 mərhələdən ibarət olub, hər mərhələdə müxtəlif mövzularda üç sual səsləndirilib. Sonda suallardan daha çoxuna düzgün cavab verən gənclər qalib olublar. Belə ki, Güllü İbrahimova daha çox xal nominalı toplayaraq oyunun qalibi adını qazanıb. Əli Əliyev və Zeynəb İsmayılova isə müvafiq olaraq ikinci və üçüncü yerin sahibi olublar.
Onlayn şəkildə keçirilən oyunun məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zehni inkişafının, dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsindən ibarət olub.