Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

Naxçıvan, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”. Bu gün muxtar respublikada şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Bu kateqoriyadan olan vətəndaşlar mənzil və avtomobillərlə təmin olunurlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 15-də - İlaxır çərşənbə günü 10 şəhid ailəsinə və qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi, vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır” fikirlərini xatırladaraq deyib: İkinci Qarabağ müharibəsində Lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər qazandırdı. Bu gün Azərbaycanda şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xalqımızın birlik və vətənpərvərliyinin ifadəsi olan Novruz bayramı ərəfəsində muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil və avtomobillərlə təmin olunması da bu tədbirlərin davamıdır.

Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin mənzil və avtomobillərlə təminatı diqqətdə saxlanılıb, bugünkü təqdimatla birlikdə, ümumilikdə, 38 şəhid ailəsi mənzillə, 38 qazi avtomobillərlə təmin olunub. Həmçinin Vətən müharibəsi qazilərindən 56-na əlillik təyinatı aparılıb, 75 ailə özünüməşğulluq proqramına cəlb edilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40-dan artıq şəxsə xidmət göstərilib. Bu günədək müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilib, 19 nəfərin kredit borcları ödənilib, 32 ailənin məişət şəraiti yaxşılaşdırılıb, 1 şəhid ailəsi üzvünün təhsil xərcləri qarşılanıb. Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti nəticəsində ötən müddətdə 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilib, 277 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 2 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib. Vətən müharibəsi iştirakçılarından 13-ü Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə alıb, 21-nə texniki və yardımçı reabilitasiya vasitələri təqdim edilib. Nicat Babayev muxtar respublikada şəhid ailələrinə və müharibə ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış şəxslərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Mənzillə təmin olunan şəhid baş leytenant Zülfü Rzayevin həyat yoldaşı Gülnar Rzayeva deyib: “Həyat yoldaşım 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseyin kursantı olub, hər zaman Ali Məclis Sədrinin liseyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib və 2015-ci ildə kəşfiyyatçı kimi ön xətdə xidmətə başlayıb. 2016-cı ildə düşmənin törətdiyi təxribata qarşı həyata keçirilən əməliyyatlarda fəal iştirak edib, Lələtəpə yüksəkliyinin azad olunmasında şücaət göstərib. Buna görə 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İgidliyə görə”, 2018-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. Xidmətdə olduğu dövrdə nümunəvi zabit kimi diplom və fəxri fərmanlara layiq görülüb. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən düşmən sədlərini öz döyüş yoldaşları ilə birgə yarıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Bir zamanlar sizin qarşınızda təhsildə uğur qazanmış gənc bir tələbə kimi, bu gün isə şəhidin həyat yoldaşı kimi dayanmışam. Bu, nə qədər ağır və çətin olsa da, bir o qədər fəxrli və qürurludur”. Gülnar Rzayeva göstərilən diqqət və qayğıya görə bütün şəhid ailələri adından ölkə Prezidenti və Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri şəhid ailələrinə və qazilərə rahat həyat arzulayıb.

Tədbir çay süfrəsi arxasında davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Şərur, Culfa və Şahbuz şəhərlərindəki yeni yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi məişət şəraiti yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arşında telefon danışığı olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ