Naxçıvanda yeddi uşaq üzərində açıq ürək cərrahiyyəsi əməliyyatı aparılmışdır
Naxçıvan, 31 may (AZƏRTAC). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 4 gündə yeddi uşaq üzərində açıq ürək cərrahiyyəsi əməliyyatları həyata keçirilmişdir.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uğurla keçən əməliyyatları kardiocərrah Elnur Həsənov, uşaq cərrahı Faiq Mirzəzadə, habelə digər həkimlərin və tibb bacılarının təmsil olunduğu peşəkar heyət aparmışdır. Altı aylıq körpə Rəna Səfərova, on yaşlı Rəhman Məmmədov və bir yaşlı Zümrüd Əliyeva mitral qapaq prolapsına görə əməliyyat olunmuşlar. Digər körpə Fəridə Kəlbiyeva üzərində aparılan cərrahiyyə əməliyyatı nəticəsində ürəyin anadangəlmə mədəcikarası çəpər qüsuru aradan qaldırılmışdır.
Eyni zamanda, invaziv kardioloq Elnur İmanov iki gün ərzində anadangəlmə ürək qüsur olan 42 uşağı exokardioqrafik müayinədən keçirmişdir.
Qeyd edək, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin həkim briqadası, artıq üç ildir muxtar respublikada uşaqların ürək müayinəsini invaziv üsulla həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]