Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Naxçıvan, 21 avqust, AZƏRTAC

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbul imtahanlarının uğurla başa çatdığını bildirib, tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək deyib: “Yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Gənclik və təhsil məsələlərinə münasibətdə belə bir fikir özünü daha aydın şəkildə büruzə verir ki, güc - bilikdədir. Ölkələrin gücü isə onların malik olduqları təhsilli və vətənpərvər gəncliklə, milli kadr potensialı ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası da ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Bu gün dahi şəxsiyyətin ideyaları Naxçıvan Muxtar Respublikasında böyük yaradıcı gücə çevrilib. Elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”.

Ali Məclisin Sədri deyib: “Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər. Bütün yaşayış məntəqələrində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan 4242 kompüter, 600-ə yaxın elektron lövhə, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. Gənclərin təhsili ilə yanaşı, onların işlə təminatı da diqqət mərkəzindədir. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyəti sahələrində gənclərə böyük etimad göstərilir, ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur”.

Ali Məclisin Sədri deyib: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır. Bütün bu qeyd olunanları nəzərə alaraq Vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər bir gənc müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, özünü mənsub olduğu xalqa layiqli vətəndaş kimi hazırlamalıdır”.

Ali Məclisin Sədri çıxışını ümummilli liderimiz Heydər Əliyevin “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına Müraciəti”ndəki fikirləri ilə tamamlayıb: “Gərək gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin… Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir... Çünki Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tədbirdə çıxış edərək deyib ki, 2017-ci ilin ötən dövründə muxtar respublikada 2716 şagird yerlik 5 məktəb binası istifadəyə verilib. Hazırda 8 məktəb binasının tikintisi davam etdirilir. Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. İyunun 17-də Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində ilk dəfə olaraq yeni formatda buraxılış imtahanları keçirilib və imtahanlarda IX sinif üzrə 3704, XI sinif üzrə 2957 məzun iştirak edib. Keçirilən buraxılış imtahanlarının nəticələri göstərir ki, muxtar respublikada təhsil sahəsində keyfiyyət amili yüksələn xətt üzrə inkişaf edib. IX siniflərin buraxılış imtahanlarında ana dili fənni üzrə müvəffəqiyyət 98,7 faiz, riyaziyyat fənni üzrə müvəffəqiyyət 95,1 faiz təşkil edib. XI siniflər üzrə keçirilən imtahanlarda isə ana dili fənni üzrə müvəffəqiyyət 91,1 faiz, riyaziyyat fənni üzrə müvəffəqiyyət 89 faiz, xarici dil fənni üzrə müvəffəqiyyət 82,1 faiz təşkil edib. Bu isə öz növbəsində ali məktəblərə sənəd qəbulunun, eyni zamanda, tələbə qəbulunun səviyyəsinin artmasına müsbət təsir göstərib. 2017-ci ildə ümumtəhsil məktəblərini 2758 məzun bitirib. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2331 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 78,4 faizi deməkdir. Məzunlardan 151-i xüsusi təyinatlı ali məktəblərə qəbul üçün sənəd verib. Bu il muxtar respublikanın ümumtəhsil məktəblərindən ümumi orta təhsil bazasından 1150 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib. 2017-ci il qəbul imtahanlarında məzunları yüksək nəticələr göstərən məktəblərin sayı 108-ə çatıb, 125 məzun xarici dil ixtisasında oxumağa üstünlük verib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul prosesində yüksək nəticələrə nail olanlar içərisində qızların sayı artmaqdadır. 2017-ci ildə 500-700 arası bal toplayanların içərisində qızların sayı 174 nəfər və ya 60,2 faiz olub. Ümumilikdə tələbə adını qazanan məzunların isə 784-ü və ya 52,2 faizi qızlar olub. Naxçıvan şəhəri üzrə 60, Şərur rayonu üzrə 36, Babək rayonu üzrə 38, Ordubad rayonu üzrə 41, Culfa rayonu üzrə 32, Şahbuz rayonu üzrə 19, Kəngərli rayonu üzrə 18, Sədərək rayonu üzrə 4, Heydər Əliyev adına tam orta məktəb üzrə 11, Naxçıvan Qızlar Liseyi üzrə 13, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə 9 və Naxçıvan Qarnizonunun tam orta məktəbi üzrə 8 məzun 500-700 arası bal toplayıb. Muxtar respublikamızın ali təhsil müəssisələrində yaradılan yüksək təhsil şəraitinin nəticəsidir ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa daha çox üstünlük verirlər. 2017-ci ildə abituriyentlərin 1201-i, yaxud 80 faizi ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər.

Təhsil naziri deyib ki, 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500-700 arası bal toplayıblar. Muxtar respublikamızda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahəyə marağı artırıb. Bu il orta ixtisas məktəblərinə sənədvermədə artım olub və orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından sənəd verən məzunlardan 320-si tələbə adını qazanıb. 2016-2017-ci tədris ilində peşə təhsili istiqamətində xeyli irəliləyiş olub. Yaradılmış 1 və 3 aylıq qruplardan tədris ili ərzində 3339 müdavim məzun olaraq müvafiq təhsil sənədi alıb və istehsalatın müxtəlif sahələrində fəaliyyətə başlayıblar. Muxtar respublikada aparılan uğurlu ordu quruculuğu gənclərin hərbi təhsil sahəsinə marağını artırıb. Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 670 şagird sənəd verib, onlardan 124-ü kursant adını qazanıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 379, Qızlar Liseyinə isə 159 şagird sənəd verib, imtahanın nəticələrinə əsasən liseylərin hər birinə 61 şagird qəbul olunub.

Valideyn Elmar Camalov çıxış edərək deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasında davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Övladlarımız milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Övladlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər. Bütün bunlar müasir Naxçıvanda təhsilin inkişafını göstərməklə yanaşı, həm də etibarlı gələcəyimizdən soraq verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək bal toplayan tələbələrlə görüşməsi onları daha yaxşı oxumağa ruhlandırır, biz valideynlərin isə ölkəmizin gələcəyinə cavabdehlik hissini daha da artırır. Mənim övladım da yaradılan təhsil şəraitindən bəhrələnərək qəbul imtahanlarında fəal iştirak edib, 670 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat ixtisasına qəbul olunub. Bir valideyn üçün bundan böyük sevinc ola bilməz. Qürurlanırıq ki, təhsilin böyük hamisinin rəhbərliyi dövründə yaşayır və fəaliyyət göstəririk. Bu gün bu zalda toplanan sağlam gənclik - bizim övladlarımız işıqlı ideyalarınızın davamçıları olacaqlar.

Qəbul imtahanlarında 685 bal toplamış tələbə Novruz Nəcəfli deyib ki, bu gün muxtar respublikada gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Naxçıvanda gənclər savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Təhsil aldığım Culfa rayonunun Yaycı kənd 2 nömrəli tam orta məktəbində də ən müasir tədris şəraiti vardır. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş medallarla təltif olunub. Mən də qızıl medala layiq görülmüşəm. Bu etimadı doğruldaraq qəbul imtahanlarında 685 bal toplamış və Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olmuşam. Ali məktəblərə qəbul olunan bütün tələbələr adından minnətdarlıq edən Novruz Nəcəfli deyib ki, biz Vətən qarşısında, rəhbər qarşısında öz borcumuzu hiss edir və əmin edirik ki, harada oxumağımızdan asılı olmayaraq göstərilən etimadı doğruldacaq, Azərbaycan gəncliyinin adına layiq olacağıq.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” kitabı və pul mükafatı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR