Nazir: Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun
Bakı, 4 may, AZƏRTAC
Bir sıra elmi müəssisələr, ali təhsil müəssisələri və nazirlik arasında anlaşma memorandumları imzalanıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifə münasibət bildirən nazir deyib: “Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetində, tədqiqatlar isə şərti olaraq Fizika İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:53]
Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
- 16.06.2026 [16:45]
BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub
- 16.06.2026 [15:53]