Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAZİRLƏR 2004-CÜ İLİN BÜDCƏ LAYİHƏSİ İLƏ BAĞLI DEPUTATLARIN SUALLARINA AYDINLIQ GƏTİRMİŞLƏR

Milli Məclisin noyabrın 21-də keçirilən iclasında “2004-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilmişdir.

Müzakirələrə başlamazdan əvvəl Milli Məclisin sədri Murtuz Ələsgərov noyabrın 20-də qardaş Türkiyədə baş vermiş terror aksiyası barədə məlumat vermiş, bu qanlı cinayətin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənov deputatlar qaşısında çıxış edərək qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Qaçqınkomun sədri demişdir ki, ötən illər ərzində ümummili liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində yaranmış iqtisadi sabitlik qaçqın və məcburi köçkünlərin problemlərinin qismən həllinə şərait yaratmışdır. Qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərən Heydər Əliyevin göstərişi ilə dövlət büdcəsindən, Neft Fondundan ayırmalar hesabına şəhərtipli qəsəbələr salınmış, məcburi köçkünlərə ərzaq yardımları edilmişdir. Bu qayğını yüksək qiymətləndirən 700 minə yaxın məcburi köçkün oktyabrın 15-də keçirilən prezident seçkilərində məhz Heydər Əliyev siyasi kursuna səs verərək İlham Əliyevin prezident seçilməsində fəallıq göstərmişdir. Bu isə bir daha sübut edir ki, məcburi köçkünlər dövlətçiliyimizə sadiq insanlardır.

Məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Möhtərəm Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev gələn il bütün çadır şəhərciklərinin ləğv edilməsi, məcburi köçkünlərin yeni evlərlə təmin olunması üçün xüsusi tapşırıq vermişdir. Artıq Biləsuvarda şəhər tipli 5 qəsəbə salınmış, 6076 ev məcburi köçkünlərə təhvil verilmişdir. Bu şəhərciklərdə bütün kommunikasiya xətləri çəkilmiş, infrastruktur yaradılmışdır. Gələn il də yeni şəhərciklər salınacaq, digər qalan köçkünlərimiz də yeni evlə təmin olunacaqlar. Hesablamalara görə, məcburi köçkünlərin sosial təminatına hər il təxminən 700 milyard manat vəsait tələb olunur. Bunun 300 milyard manata yaxınını dövlət ayırır. Qalan hissə isə nazirlik, komitə və şirkətlər, eləcə də beynəlxalq təşkilatlar tərəfindən ödənilir. 2004-cü ilin dövlət büdcəsinin layihəsində məcburi köçkünlər üçün 297 milyard manat vəsait nəzərdə tutulmuşdur. Bunun 157 milyard manatı ərzaq təminatına, 110 milyard manatı kommunal xərclərə, qalanı isə digər xərclərə sərf olunacaqdır. Hökumət məcburi köçkünlərin problemlərinin həlli üçün proqram hazırlayır və yaxın vaxtlarda Prezidentə təqdim ediləcəkdir.

Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev çıxış etmişdir.

Nazir bildirmişdir ki, ölkədə uşaq müavinətlərinin artırılması hələlik mümkün deyildir. Amma hökumət bu istiqamətdə mühüm işlər görür. Deputatların, işləyən pensiyaçıların pensiyalarının 100 faiz ödənilməsi təklifi ilə bağlı Əli Nağıyev demişdir ki, əsas məqsədimiz irəli gedərək daha uğurlu nailiyyətlər əldə etməkdir. Hökumət əmək haqlarını, pensiyaları artırır, minimum əmək haqqı da gələn ildən 60 min manat olacaq. Belə olan halda, geriyə addım atmaq yolverilməzdir.

Əsas problem işsizlik və yoxsulluğun aradan qaldırılmasıdır. Nazirliyin Məşğulluq İdarəsi tərəfindən 2003-cü ilin 9 ayı ərzində 13 min 519 nəfər, əmək yarmarkaları vasitəsilə 4 min nəfər işlə təmin olunmuşdur.

Əlillərin sosial problemlərinin həllinə də xüsusi diqqət yetirilmişdir. Bu günə qədər 1250 əlil avtomobillə, 700 nəfər isə evlə təmin edilmişdir. Bu yaxınlarda daha 140 avtomobil respublikaya gətiriləcəkdir və əlillər üçün evlərin tikilməsi işi də davam etdirilir. Prezident İlham Əliyev əlillərə qayğı göstərilməsi və onların problemlərinin həlli ilə bağlı işlərin davam etdirilməsi barədə xüsusi göstəriş vermişdir.

Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev də deputatların suallarına cavab vermişlər.

Fasilədən sonra Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı vətəndaşların bəzi kateqoriyalarına kreditlər ayrılması barədə deputatların qaldırdıqları məsələlərə cavab verərək bildirdi ki, indi bu vəsait kommersiya bankları tərəfindən ayrılır və bunun şərtlərini də onlar müəyyənləşdirirlər.

“Azəriqaz” Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov dedi ki, onun başçılıq etdiyi qurum Dövlət Neft Şirkətindən təxminən 4 milyard kubmetr qaz, dövlət də xaricdən bir o qədər qaz satın alır. İdxal edilən təbii qaz ölkənin elektrik stansiyalarına verilir. Ölkəmiz bütün əhalini bu yanacaqla yalnız 2005-ci ilin sonuna yaxın tam təmin edə bilər.

Deputatların suallarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da cavab verdi.

Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Səttar Səfərov bildirdi ki, 2004-cü ilin Dövlət büdcəsində mədaxil və məxariclər tam aydın şəkildə göstərilmiş, layihədə qarşıdakı üç il üçün proqnozlar da öz əksini tapmışdır. 2004-cü ilin Dövlət büdcəsinin layihəsi öz şəffaflığına və əhatə dairəsinə görə əvvəlki illərin büdcə layihələrindən köklü sürətdə fərqlənir.

Maliyyə naziri Əvəz Ələkbərov 2004-cü ilin Dövlət büdcəsinin layihəsinə yaxşı qiymət verdiklərinə görə deputatlara təşəkkür edərək dedi ki, onların bu sənədin müzakirəsi zamanı söylədikləri hər bir fikir nazirlikdə diqqətlə öyrəniləcək və qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görüləcəkdir.

Layihənin müzakirəsi parlamentin növbəti iclasında davam etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb