Nazirlik: Hazırda 35 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərilir
Bakı, 3 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 35 şəhid ailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı, Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər və rayonlarda yaşayırlar.
Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigarlarının evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınmasında və digər işlərdə kömək göstərirlər.
Agentlik tərəfindən bu ilin ötən dövründə ümumilikdə 3 min 774 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərilib.
Həmin xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:18]
Ötən gün 56 cinayətin açılması təmin olunub
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
- 01.10.2026 [10:00]
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
- 01.10.2026 [09:11]
Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub
- 01.10.2026 [09:05]
Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]