Nazirliyin kollektivi Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə kampaniyasında
Bakı, 6 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Maliyyə şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Elm və Təhsil Nazirliyi ərazi partiya təşkilatının sədri Rauf Orucov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafındakı rolundan, göstərdiyi xidmətlərdən danışıblar.
Tədbirdə Elm və Təhsil Nazirliyinin 5 əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.