Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neanotoloq: Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar

Neanotoloq: Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov vaxtından qabaq doğuşların səbəbləri, onların inkişaf xüsusiyyətləri və həmin körpələrə qulluq qaydaları ilə əlaqədar sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Noyabrın 17-si Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günüdür. Rüstəm müəllim, həmin günün yaranma tarixini bilmək istərdik...

- Beynəlxalq gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Noyabrın 17-nin seçilməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, həmin gün yeni doğulmuş uşaqlara beynəlxalq qayğı fondunun banilərindən biri üçün xüsusi məna və əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız doğulub.

Təəssüf ki, vaxtından əvvəl doğuşlar tibdə əsas problemlərdən biri olaraq qalır. Dünyada hər il 15 milyona yaxın uşaq vaxtından əvvəl doğulur və hər il bir milyon vaxtından əvvəl doğulan uşaq tələf olur. Bu, beş yaşadək uşaqlar arasında ölümün əsas səbəblərindən biri hesab olunur. Vaxtından əvvəl doğumlar müxtəlif ölkələrdə ümumi doğuşların 5-18 faizini təşkil edir. Maraqlı fakt odur ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə həmin göstərici artmaqda davam edir. Vaxtından əvvəl doğulmuşların qulluq və müalicəsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunsa da, təəssüf ki, vaxtından əvvəl doğumların sayında azalma müşahidə olunmur.

- Erkən doğulmaların səbəbi nədir?

-Vaxtından əvvəl doğulmanın əsas səbəbləri sırasında çoxdöllü hamiləlik, uşaqlığın və uşaqlıq boynunun anatomik problemləri, anada olan infeksiyalar, arterial hipertenziya və preeklampsiya, şəkərli diabet, genetik faktorları qeyd etmək lazımdır. Hazırda bir çox səbəblər uğurla korreksiya olunur və bu da vaxtından əvvəl doğuşla əlaqədar riskləri azaldır.

- Vaxtından əvvəl doğulan körpələrdə müşahidə edilən əsas xüsusiyyətlər hansılardır?

- Vaxtından əvvəl doğulan körpələrdə yuxu dövrü daha uzun olur. Əzələ tonusunun aşağı olması və anadangəlmə fizioloji reflekslərin zəif alınması müşahidə edilir. Dəri nazik, quru, qırışmış, çoxlu tüklə örtülü olur. Vaxtından əvvəl doğulan körpələrdə dərialtı piy təbəqəsi kifayət qədər inkişaf etmir, onlar termoləbildirlər, yəni daha çox hiper və hipotermiyadan əziyyət çəkirlər.

Kəllə sümükləri elastic olur, təkcə böyük deyil, həm də kiçik əmgək açıqdır. Qulaq seyvanları yumşaqdır - qığırdaq hələ tam formalaşmır, dırnaqlar barmaqların falanqlarının kənarına çatmır, göbək ciyəsi mərkəzdə deyil, bədənin ortasından aşağıda yerləşir. Göbək qalığı daha gec düşür, göbək yarası isə daha gec sağalır. Cinsiyyət orqanlarının tam inkişaf etməməsi əsas göstəricilərdən biridir. Fizioloji çəki itkisi də vaxtından əvvəl doğulmuş körpələrdə spesifik xüsusiyyətlərə malikdir. Yalnız həyatın 2-3-cü həftəsində bərpa olunur və kütlənin bərpası vaxtı birbaşa uşağın yetkinliyindən, yəni, yalnız onun doğum tarixindən deyil, həm də körpənin ətraf mühit şəraitinə uyğunlaşma dərəcəsindən asılıdır.

- Vaxtından əvvəl doğulan uşaqların retinopatiyasının inkişafında hansı faktorlar əsas rol oynayır?

- Prematürenin retinopatiyası (ROP) vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz anomaliyasıdır. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Torlu qişa işığı hiss edir və beyinə siqnal göndərir ki, görə bilərsiniz. Normalda retinanın (torlu qişa) qan damarları hamiləliyin dördüncü ayında inkişaf etməyə başlayır və tam doğuş vaxtında, yəni hamiləliyin 9 ayı ətrafında inkişafını bitirir. Vaxtından əvvəl doğulanlarda bəzi hallarda tor qişasında arzuolunmaz qan damarları böyüyür. Anormal qan damarları yanlış istiqamətdə böyüyə bilər. Bu da tor qişanın qopmasına səbəb ola bilər.

Körpələr hamiləliyin 30-cu həftəsindən əvvəl doğulsalar və ya doğum zamanı çəkisi təxminən 1500 qramdan az olarsa, ROP riski daha da yüksək olur. Müxtəlif risk faktorları ROP-un inkişafına kömək edir. Onlardan çox aşağı və ekstremal az doğum çəkisi, tənəffüs problemləri (tənəffüs problemlərini müalicə etmək üçün çox yüksək oksigen terapiyası alırlarsa), həmçinin hipoksiya, müxtəlif növ infeksiyalar, ürək qüsurları, anemiya, E vitaminin aşağı səviyyəsini qeyd etmək olar.

Körpə böyüdükcə bəzi hallarda ROP öz-özünə keçə bilər. Ancaq körpə həmin müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər, hətta görmə qabiliyyətini tam itirə bilər.

- Vaxtından əvvəl doğulan uşaqlarda ən çox rast gəlinən hal nədir?

- Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi və vaxtından əvvəl doğulmanın səbəbi - infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preklampsiya və s. ilə birbaşa bağlıdır.

Vaxtından əvvəl doğulanlar arasında əsas problemlərdən biri tənəffüs sistemi ilə bağlıdır. Həmin körpələrdə ağciyərlərin yetkinsiz olması - surfaktantın çatışmazlığı, eyni zamanda beyində tənəffüsü tənzimləyən sinir mərkəzlərinin tam formalaşmaması nəticəsində yaranan hallardır. Yetkinsizlik dərin olduqca tənəffüsün ləngiməsi, hətta tənəffüs dayanması halları da qeyd oluna bilər. İmmun sistemi tam formalaşmadığı üçün infeksiyalaşma riski yüksəkdir. Bununla bağlı septiki hallar ölüm səbəbləri arasında əsas yerlərdən birini tutur.

Sinir sisteminin yetkinsizliyi, anatomik quruluşu və qan dövranının xüsusiyyətləri vaxtından əvvəl doğulmuş körpələrdə beyinə qansızmalara meyillilik yaradır, işemik proseslərə səbəb olur. Bu da sonradan ağır formalarda uşaq serebral iflicinə səbəb ola bilər. Bundan əlavə, ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Gələcək fəsadlardan görmə və eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır.

- Ev şəraitində vaxtından əvvəl doğulan körpələrə necə qulluq edilməlidir?

- Vaxtından əvvəl doğulan uşaqlar stasionardan evə yazılarkən artıq digər uşaqlar kimi adi qulluq və qayğı tələb edirlər. Lakin onların bəzi özəlliklərini qeyd etmək lazımdır. Onlar termoləbildilər, ətraf mühitin temperaturuna, körpənin geyiminə diqqət etmək lazımdır. Onların gün ərzində qidalanma sayı daha çox ola bilər. Qusma, qaytarma halları tez-tez müşahidə olunur, çəki artımına ciddi nəzarət tələb edilir. Yumşaq materialları, yun adyalları, balışları, oyuncaqları uşağın çarpayısından götürmək tövsiyə olunur. Belə ki, həmin əşyalar yenidoğulanın “qəfləti ölüm sindromu” riskini artırır. Körpə arxası üstə yatmalıdır, üzü üstə yatırmaq təhlükəlidir.

Valideynlər hər hansı bir narahatlıq, hərarətin qeyri-stabil olması, qidalanma və ifrazatda pozulmalar müşahidə edərsə, dərhal həkimə müraciət etməlidirlər. Bundan başqa, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin - nevroloq, oftalmoloq, audioloq, psixoloq, endakrinoloq və ortopedin daimi nəzarəti altında olmalıdırlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub