Neft, qaz və kimya sənayesi işçilərinin spartakiadası davam edir
Bakı, 8 sentyabr, AZƏRTAC
Neft, qaz və kimya sənayesi işçilərinin XXIII spartakiadası davam edir. Hər ilin sentyabrında neftçilərin peşə bayramı ərəfəsində təşkil olunan tədbir böyük maraqla qarşılanır.
AZƏRTAC xəbər verir ki, spartakiadanın ilk günündə atletika və mini-futbol yarışlarına start verilib. İsmət Qayıbov adına Təlim-İdman Bazasında keçirilən atletika yarışları başa çatıb. Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən mini-futbol turniri isə davam edir.
“Start” İdman Kompleksində üzgüçülük yarışlarına da yekun vurulub. Azarkeşlərin maraqla izlədiyi yarış kişilər və qadınlar arasında təşkil olunub.