Neftçi” klubu “Aris”lə matçda fasiləyə üstün yollanıb
Bakı, 28 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” (Bakı) - “Aris” (Kipr) oyununun birinci hissəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda “Neftçi” fasiləyə üstün yollanıb. Belə ki, matçın 38-ci dəqiqəsində “Neftçi”nin qanalı forvardı Qodsvey Donyo hesabı açıb. Matçın birinci hissəsi Bakı təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb - 1:0.
Qeyd edək ki, Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.