İQTİSADİYYAT
Neftin qiyməti yanvarda 16 faiz ucuzlaşıb
Bakı, 3 fevral, AZƏRTAC
Yanvar ayında dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti yanvarın 20-də Çində koronavirusla bağlı böhranın baş verməsindən bəri 10 faizdən çox ucuzlaşıb.
Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir. Neft tədarükünü azaltmaqdan başqa bir həll yolu tapa bilməyən kartel bu siyasətini davam etdirməyi müzakirə edir.
OPEC və qeyri-OPEC ölkələrin Birgə Texniki Komitəsi (JTC) Çində yayılan koronavirusun neft tələbatına təsirini qiymətləndirmək üçün fevralın 4-5-də Vyanada toplantı keçirməyi planlaşdırır.
“OPEC+” mənbələrinin verdiyi məlumata görə, texniki komitə neft hasilatının azaldılmasına dair hazırkı sazişin müddətinin mart ayından sonrakı müddətə də uzadılıb-uzadılmayacağı və ya istehsalın daha böyük həcmlərdə azaldılıb-azaldılmayacağı barədə öz tövsiyyəsini verəcək.
Qeyd edək ki, “Brent” neftinin bir barreli hazırda Londonun ICE birjasında 56,22 dollara, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,44 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]