Nepallı Everestin zirvəsinə 21-ci dəfə qalxmaqla dünya rekordu müəyyənləşdirmişdir
Bakı, 11 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, mayın 11-də səhər nepallı Apa dünyanın ən uca Everest (Comolunqma) zirvəsinə qalxmaqla özünün şəxsi rekordunu təzələmişdir.
Turizm Nazirliyinin nümayəndələri bildirmişlər ki, Apa Himalay dağlarının dəniz səviyyəsindən 8 850 metr yüksəklikdə olan bu zirvəsinə 21-ci dəfə qalxmışdır.
Nepal hökumətinin Everest yamacında salınmış baza düşərgəsində olan rəsmi təmsilçiləri yeni rekordu qeydə almışlar. Apa həmin zirvəni növbəti dəfə əvvəlki ekspedisiyalar tərəfindən zibillənmiş ərazini təmizləmək məqsədi ilə yola düşən beynəlxalq alpinistlər qrupu ilə birlikdə fəth etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]