Nəqliyyat Nazirliyinin “İpək yolu” komandası “Parlament kuboku – 2011” mini-futbol turnirində iştirak edəcəkdir
Bakı, 11 may (AZƏRTAC). Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Milli Məclisin təşəbbüsü ilə mayın 11-dən iyunun 15-dək keçiriləcək “Parlament kuboku - 2011” mini-futbol turnirində nazirliyin “İpək yolu” komandası da iştirak edəcəkdir. Turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmişdir.
Hər birində 3 komanda olmaqla 4 qrupda ümumilikdə 12 komanda mübarizə aparacaqdır. “C” qrupunda yarışacaq “İpək yolu”nun rəqibləri Vergilər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin komandaları olacaqlar. Qrupda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
“İpək yolu” komandası mayın 18-də Bakı Dövlət Universitetinin idman kompleksində Vergilər Nazirliyinin komandası ilə yarışacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]