NƏRİMAN NƏRİMANOVUN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 16-da Nəriman Nərimanovun xatirə muzeyində 18 may - Beynəlxalq Muzeylər günü münasibətilə tədbir keçirilmişdir.
Akademik Hüseyn Əhmədov görkəmli dövlət xadimi, yazıçı-dramaturq, maarifpərvər, pedaqoq, həkim, siyasətçi Nəriman Nərimanovu gənc nəslə daha yaxından tanıtmağın vacibliyindən danışmışdır.
Tədbir iştirakçıları N.Nərimanov irsinin tədqiqində akademik Hüseyn Əhmədovun əməyini yüksək qiymətləndirmişlər. Fəlsəfə elmləri namizədi Məmməd İsmayılov, Aynurə Əsgərova və başqaları akademik Hüseyn Əhmədovun N.Nərimanov irsinin öyrənilməsi məqsədi ilə keçən əsrin 50-ci illərindən başlayaraq Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq, Həştərxan şəhərlərinin dövlət arxivlərində geniş tədqiqatlar apardığını və bu gün də həmin missiyanı yorulmadan davam etdirdiyini bildirmişlər.
Muzeyin direktoru Kamilə Hüseynova böyük şəxsiyyətin bizə məlum olan və olmayan çoxşaxəli yaradıcılığının gənc nəsil tərəfindən öyrənılməsinin, tədqiq edilməsinin vacibliyini bildirmişdir.
Sonda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri musiqi proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]