MƏDƏNİYYƏT
Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında
Bakı, 2 sentyabr, AZƏRTAC
Almaniyanın populyar “Reimemaschine” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin alman dilinə tərcümə edilmiş “Ey həq əhli, yəqin imiş bu xəbər” şeirinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin alman dilinə tərcümə müəllifi tanınmış alman tərcüməçisi Martin Remanedir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2024 [19:17]
Milli Teatrda iki yeni tamaşa hazırlanacaq
- 17.09.2024 [18:24]
“Lokomotiv və vaqonlar” tamaşası Kukla Teatrının səhnəsində
- 17.09.2024 [18:22]
Bəstəkarlar İttifaqı Musiqi Günü münasibətilə silsilə təbdirlər keçirəcək
- 17.09.2024 [17:14]
Musiqili Teatr dörd aylıq repertuar planını açıqlayıb
- 17.09.2024 [15:59]
Azərbaycan musiqisi Norveçdə səsləndirilib
- 17.09.2024 [15:26]
Azərbaycanlı müəllifin nağılı udmurt dilində
- 17.09.2024 [12:24]