NİDERLAND YENİDƏN PAKİSTANA HUMANİTAR YARDIM GÖNDƏRMƏYƏ BAŞLAMIŞDIR
Niderlandın inkişaf naziri Bert Kenders Pakistandakı bəzi humanitar proqramların həyata keçirilməsinə yenidən başlamaq niyyətindədir.
Hollandiya hökuməti ötən il noyabrın 3-də burada komendant saatı elan edildiyindən Pakistana humanitar yardımı dayandırmışdı.
Kenders ölkənin Yusaf Raza Cilaninin başçılığı ilə demokratik yolla seçilmiş yeni hökumətinin martın sonlarından fəaliyyətə başlaması ilə əlaqədar bu qərarı qəbul etmişdir. Pakistanın yeni Baş nazirinin qəbul etdiyi ilk qərarlardan biri ötən ilin noyabrından ev dustağı olan prokurorların azadlığa buraxılması olmuşdur.
Kendersin sözlərinə görə, Pakistanın yeni hökumətinin fəaliyyəti ədalət məhkəməsinin bərpa olunmasına səy göstərildiyinə sübutdur.
Bərpa olunan humanitar proqramlar təhsil, ətraf mühit və dövlət idarəçiliyi sahələrinə yönəldilmişdir. Proqramların bəziləri yerli hökumətlə birlikdə gerçəkləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]