Nigeriya sahillərində üzən Türkiyə gəmisinin 10 dənizçisi girov götürülüb
Bakı, 16 iyul, AZƏRTAC
Nigeriya sahillərinə yaxınlaşan və Türkiyə bayrağı altında üzən gəmidəki 10 dənizçi dəniz quldurları tərəfindən girov götürülüb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat verən mənbə adının açıqlanmasını istəmədiyini söyləyib. Qeyd olunur ki, Türkiyənin “Paksoy-1” yük gəmisinin göyərtəsində olan 18 nəfərlik heyət Qərbi Afrika ölkəsi olan Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalıb. Girov götürülən türkiyəli dənizçilərin şəxsiyyəti hələ də məlum deyil.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, Xarici İşlər Nazirliyi və kəşfiyyat orqanlarının əməkdaşları bu məsələ ilə məşğuldurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]