NİGERİYADA OĞURLANMIŞ YEDDİ NEFTÇİDƏN BİRİ BURAXILMIŞDIR, O, AZƏRBAYCAN VƏTƏNDAŞIDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Nigeriyada oğurlanmış yeddi neftçidən biri – Azərbaycan vətəndaşı azadlığa buraxılmışdır. Onun vəziyyəti yaxşıdır. Bunu məlumatlı Avropa diplomatik mənbələri bildirmişlər.
Lakin naməlum qruplaşma Böyük Britaniya, Rusiya, Avstraliya, Kolumbiya və Moldova vətəndaşları olan digər altı neftçini hələ də girov saxlayır. Onların hamısı Şotlandiyanın “Bredero Şou” neft şirkətinin əməkdaşıdır və Nigeriyanın cənubunda işləyirdi.
Oğruların nə məqsəd güddükləri hələlik məlum deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]