Nikola Stercen: Parlamentin işinin dayandırılması Britaniya demokratiyasına ləkədir
Bakı, 28 avqust, AZƏRTAC
Böyük Britaniya parlamentinin işinin dayandırılması ölkə demokratiyasının tarixində qara ləkə kimi qalacaq. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu sözləri avqustun 28-də Şotlandiyanın birinci naziri Nikola Stercen özünün Twitter səhifəsində yazıb.
Şotlandiya hökumətinin başçısı əlavə edib: “Mənə elə gəlir ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson sazişsiz Brexiti zorla qəbul etdirmək üçün parlamentin fəaliyyətini dayandırıb. Parlament üzvləri gələn həftə ona mane olmaq üçün birləşməsələr, bu hadisə Britaniya demokratiyasının tarixində qara gün olaraq qalacaq”.
Məlum olduğu kimi, Baş Nazir Boris Conson avqustun 28-də ölkə parlamentinin fəaliyyətini oktyabrın 14-dək dayandırdığını elan edib. Beləliklə, deputatlar sentyabrın 3-də tətilə çıxdıqdan sonra Böyük Britaniyanın sazişsiz Avropa İttifaqını tərk etməsinə mane olmaq üçün çox az vaxta malik olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]