Niyazinin mənzil-muzeyində növbəti konsert
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Heydər Əliyev İli” çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir-konsertdə akademiyanın Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının “Musiqi müəllimliyi” şöbəsinin tələbələrinin ifalarında Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunub.