Niyazinin mənzil-muzeyində növbəti tədbir
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Respublika müsabiqələri laureatı Nigar Əsədovanın sinif konserti keçirilib.
Bu barədə AZƏRTAC-a Muzeydən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov gənc ifaçılara uğurlar arzulayıb.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Röya Əliyeva, Tooba Soleimani, və Aybəniz Həsən, həmçinin akademiyanın nəzdində Orta İxtisas Musiqi Məktəbinin I sinif şagirdi Miraslan Tağızadə çıxış ediblər. İfaçıları konsertmeysterlər Nuranə Qurbanova və Nigar Hüseynli müşayiət ediblər.
Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilib.