“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda konfransa tezis qəbul edilir
Bakı, 14 may, AZƏRTAC
“Nizami Gəncəvi İli” çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, beynəlxalq konfransda iştirak üçün məruzələrin tezisləri Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.
Tezislər konfrans-[email protected] elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:00]
Lisey və gimnaziyalara qəbul üçün qeydiyyat müddəti uzadılıb
- 19.06.2026 [11:27]
Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr
- 19.06.2026 [10:36]