ELM VƏ TƏHSİL
NİZAMİ MUZEYİNDƏ ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLMİŞDİR
Muzeyin direktoru, Milli Məclisin deputatı Rəfael Hüseynov tədbiri açaraq bildirmişdir ki, seminardan əsas məqsəd muzeylə məktəb arasındakı əlaqələri genişləndirmək, burada keçirilən tədbirlər, görülən işlər barədə şagirdlərə ətraflı məlumat vermək, bu sahədə birgə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Bakı məktəblilərinin, təhsil işçilərinin, paytaxtımızda fəaliyyət göstərən başqa muzey əməkdaşlarının iştirakı ilə keçirilən seminarda Nizami muzeyinin əməkdaşı Tutu Məmmədova çalışdığı kollektivlə məktəblilərin, təhsil işçilərinin arasındakı mövcud əlaqələrdən, uşaqlarda vətənpərvərlik hisslərinin, bədii zövqün yüksəldilməsi ilə bağlı görülən işlərdən söz açmışdır.
Seminarın mövzusu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Axırda Nərimanov rayonundakı 36 nömrəli məktəbin şagirdləri xalq şairi Məmməd Arazın 70 illiyi münasibətilə vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiyanı nümayiş etdirmişlər.