Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami rayonunda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir

Nizami rayonunda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir

Bakı, 3 aprel (AZƏRTAC, Nihat Budaqov). Aprelin 3-də Nizami Rayon İcra Hakimiyyətində rayon əhalisinin tibbi müayinəsinin gedişi ilə bağlı müşavirə keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin pulsuz tibbi müayinəsinin keçirilməsi işinin Nizami rayonunda uğurla icra olunduğunu demişdir.

Qeyd olunmuşdur ki, ölkə əhalisinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin əhalinin tibbi müayinəsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Bu, xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacibdir. Belə aksiyaların keçirilməsi ölkə rəhbərinin xalqımızın sağlamlığının qorunmasına göstərdiyi qayğının bariz nümunəsidir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova rayon üzrə əhalinin tibbi müayinədən keçirilməsinin hazırkı vəziyyətinə dair məruzə ilə çıxış etmişdir.

Bildirilmişdir ki, sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə rayon icra hakimiyyətində müvafiq komissiya yaradılmış və xüsusi qrafik tərtib edilmişdir. Bu müddət ərzində rayon üzrə 18 yaşdan yuxarı 115 mindən çox sakinin kampaniyadan faydalanması nəzərdə tutulmuşdur. Rayon əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə 18 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında, 26 nömrəli şəhər poliklinikasında bütün lazımi hazırlıq işləri görülmüşdür. 11 nömrəli birləşmiş şəhər xəstəxanasında yenidənqurma işləri aparıldığından həmin tibb müəssisəsi hazırda öz fəaliyyətini müvəqqəti olaraq 32 nömrəli birləşmiş şəhər xəstəxanasında davam etdirir və ərazi üzrə sakinlərin müayinəsi bu səhiyyə müəssisəsində aparılır.

Qeyd olunmuşdur ki, rayon icra hakimiyyəti başçısının Keşlə qəsəbəsi və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, mənzil- kommunal istismar sahələri və mənzil tikinti kooperativləri əhalinin ümumi tibbi müayinədən keçirilməsi işində yaxından iştirak edirlər. Fevralın 17-dən başlayaraq ərazilərdə bu qurumların rəhbərləri ilə mütəmadi görüşlər keçirilmişdir. Bunun nəticəsidir ki, hər gün qrafikə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilər, eyni zamanda, ünvanlar üzrə sakinlər aidiyyəti tibb müəssisələrinə gələrək müayinədən keçirlər. Səhiyyə ocaqlarına gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilməsi məqsədilə səyyar briqadalar da yaradılmışdır.

G.İsrafilova bildirmişdir ki, fevralın 17-dən martın 31-dək rayonun 18 yaşdan yuxarı 40 min 151 nəfər əhalisi icbari tibbi müayinəyə cəlb olunmuş, onlardan 31 min 991 nəfəri poliklinika və xəstəxanalarda, 8 min 160 nəfəri isə evlərdə müayinədən keçmişdir. Bu müddət ərzində 3 min 648 nəfər rentgen, 7 min 508 nəfər laborator, 3 min 815 nəfər ultrasəs, 3 min 381 nəfər isə elektrokardioqram müayinəsindən keçmiş, 2 min 273 nəfər ambulator, 133 nəfər isə stasionar müalicəyə qəbul olunmuşdur. Müayinə aparılan səhiyyə müəssisələrinin, ümumilikdə, gündəlik qəbul gücü 950 nəfər təşkil etsə də, hər gün orta hesabla 1293 nəfər tibbi müayinədən keçmişdir. Bu göstərici həmin aksiyanın mütəşəkkil təşkilinin nəticəsi kimi qiymətləndirilə bilər.

Qeyd olunmuşdur ki, ötən ilin noyabr ayından etibarən uşaqların tibbi müayinəsinə başlanılmış, bu iş rayon ərazisində fəaliyyət göstərən 17 və 19 nömrəli uşaq poliklinikaları vasitəsilə həyata keçirilmişdir. Uşaqların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserləşdirmənin başlandığı gündən poliklinikaların xidmət ərazisində yaşayan və təhsil alan 49 min 295 nəfər uşaqdan indiyədək 35 min 311 nəfəri müayinələrdən keçmişdir. Müayinələr zamanı 1920 nəfər xəstə uşaq aşkar edilərək dispanser nəzarətinə götürülmüşdür. Aşkar olunmuş xəstəliklərin aradan qaldırılması üçün sanitar-gigiyenik, əks epidemik və müalicə sağlamlaşdırıcı tədbirlər həyata keçirilərək xəstə uşaqlar ambulator və ya stasionar müalicəyə cəlb olunmuşlar. Hazırda çağırışçı gənclərin sağlamlıq vəziyyətlərinin daha dəqiq qiymətləndirilməsi məqsədilə yeniyetmə oğlanların əlavə tibbi müayinələri də həyata keçirilir.

Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları Nizami rayonunun səhiyyə işçilərinin qarşılarına qoyulmuş bu vacib və məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklərinə əminliklərini bildirmişlər.

Müşavirədə, həmçinin Nizami rayonundakı ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi vəziyyətinə dair məruzə də dinlənilmişdir.

Qeyd edilmişdir ki, cari ilin mart və may ayları ərzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda iki akademik saat ərzində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə əlavə açıq dərslərin tədris olunması nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, mart ayında YAP Nizami rayon təşkilatının Heydər Əliyev lektoriya zalında və 220 nömrəli məktəb-liseydə keçirilmiş açıq dərslərdə rayonun 23 ümumtəhsil məktəbinin 1581 şagirdi iştirak etmişdir. Bundan əlavə, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının 9 köçkün məktəbinin 94 şagirdi bu dərslərə cəlb edilmişdir. Ümumilikdə, 3 ay ərzində 2 min 146 şagirdin həmin dərslərdə iştirak etməsi nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, rayonun 15 məktəbindən tədrisə cəlb edilən 21 qabaqcıl tarix müəllimi tərəfindən keçirilən birinci saatında Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil olunmuş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin tarixi xidmətləri barədə şagirdlərə ətraflı məlumat verilmişdir. İkinci saatlarda isə sənədli filmlər nümayiş etdirilmişdir.

Məlumat verilmişdir ki, aprel ayında rayonun 33 məktəbinin 1436 nəfər XI sinif şagirdi, may ayında isə 21 məktəbin 1181 şagirdi bu dərslərdə iştirak edəcəkdir.

Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edərək bildirmişdir ki, belə bir əhəmiyyətli addımın atılması ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaradacaqdır.

Digər çıxış edənlər də gənclərin dünya görüşünün formalaşdırılmasında və mənəvi tərbiyəsində belə dərslərin keçirilməsinin mühüm rol oynayacağına əminliklərini bildirmiş, şagirdlərin bu dərslərdə fəal iştirak etmələrinin vacibliyini vurğulamışlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır