Nizami rayonunda qaz təchizatının yaxşılaşdırılması üçün işlər görülüb
Bakı, 24 avqust, AZƏRTAC
Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədovun sözlərinə görə, bu il Nizami rayonunda qaz təchizatının yaxşılaşdırılması üçün şəbəkədə geniş işlər görülüb.
AZƏRTAC xəbər verir ki, bu işlərin bir hissəsi Qara Qarayev prospekti üzrə qaz kəmərinin yenilənməsi üzrə aparılıb. 570 metr məsafədə 315 millimetrlik yeni polietilen boru çəkilişi tamamlanıb və şəbəkəyə qoşulması işləri yerinə yetirilib. Qeyd olunan ərazidə əvvəlki illər qaz təchizatı üzrə müəyyən çətinliklər var idi. Eyni zamanda, bu ərazidən qidalanan “Azəristilik” ASC-yə məxsus qazanxanaların da qaz təchizatında qışda müəyyən problemlər yaranırdı. Kəmərin çəkilişi ilə xətlər yenilənib, şəbəkə isə gücləndirilib. Qışda yaranacaq problemlər aradan qaldırılıb.
Rauf Əhmədov həmçinin bildirib ki, təmir planı üzrə yeni qazlaşma işləri yerinə yetirilir: “İşlər əsasən kəndlərin, qəsəbələrin, böyük massivlərin qazlaşdırılması üzrə gedir. Fərdi qazlaşdırılma işləri isə vətəndaş tərəfindən müvafiq podratçı təşkilatlara müraciət olunmaqla yerinə yetirilə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]