Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Bakı, 20 may, AZƏRTAC
Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib.
Quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.