İQTİSADİYYAT
Növbəti “Açıq mikrofon” aksiyası Lerikdə olacaq
![Növbəti “Açıq mikrofon” aksiyası Lerikdə olacaq](/files/2021/2/1200x630/16291301994126820691_1200x630.jpg)
Bakı, 16 avqust, AZƏRTAC
“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Təşkil olunan səyyar qəbul otaqlarına olan inam bu aksiyada iştirak edən vətəndaşların sayının artmasına səbəb olub. Üstəlik, problem və təkliflərə Birliyin rəhbərliyi tərəfindən verilən operativ reaksiya da aksiyanın səmərəliliyinə təsir edən əsas amillərdəndir. Bu günə qədər səyyar qəbul otaqları dörd ayrı-ayrı yerlərdə təşkil olunub.
İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti bu tip aksiyanın ünvanı da dəqiqləşdirilib. Çoxsaylı müraciətlər Lerik rayonunun Babaküçə kəndində vəziyyəti yerində araşdırmaq zərurəti yaradıb. Belə ki, avqustun 18-də saat 11:00-dan 14:00-a qədər Birliyin “Açıq mikrofon”u bu kəndin sakinlərinin ixtiyarında olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]