Növbəti həftə 4 rayonda sakinlərin qaz təchizatı ilə bağlı müraciətləri dinləniləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Növbəti həftə (oktyabrın 17-18 və 20-21 tarixləri) daha 4 rayonda saat 12:00-dan 13:00-dək “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya həftənin 1-ci günü Ağsu rayonunda (Bayraq Meydanı), 2-ci günü İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.