NOVOSİBİRSKDƏ TÜRK XALQLARININ DOSTLUQ FESTİVALI BAŞLANIR
Təəccüblü olsa da, özbək xələtindəki naxışlar xakas elçinin geyimini bəzəyən naxışlarla çox oxşardır. Yeganə fərq bu paltarların yaşındadır – təxminən 150 il. Özbəklər öz geyimlərini xüsusi olaraq Novosibirsk sərgisi üçün tikdikləri halda, xakas qadının kostyumu hələ XIX əsrdə tikilmiş və Sibir xalqlarının tarixi haqqında bütün məşhur ensiklopediyalarda öz əksini tapmışdır.
Novosibirsk diyarşünaslıq muzeyinin böyük elmi işçisi Tatyana Lisiyenko sərgiyə gələnlərə məlumat verərək deyir: “Valehedici birlikdir - ən şimalda yaşayan əsrarəngiz yakut xalqı, bir qədər cənubda altaylılar, xakaslar, daha cənubda Orta Asiya xalqları – özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və başqaları, Qərbdə azərbaycanlılar, türklər ümumi bir dildə danışır, bir-birlərini başa düşürlər. Tale belə gətirmişdir”.
Lisiyenko bildirir ki, sərgidə diyarşünaslıq muzeyinin nadir kolleksiyasındakı əşyaların yalnız az bir hissəsi nümayiş etdirilir. Çox böyük ərazini əhatə edən Qərbi Sibir diyarının paytaxtı kimi Novosibirskə 1920-ci illərdə Sibirin hər yerindən eksponatlar gətirilmişdir.
Sərgidə yeni eksponatlar da olacaqdır. Onları Sibirdə bu yaxınlarda məskunlaşan azərbaycanlılar, qırğızlar, özbəklər, qazaxlar və başqaları təqdim etmişlər.
Tatyana Lisiyenko deyir ki, əgər bütün Sibirdə türklərin məskunlaşdıqları yerlərin xəritəsini çəksək, o, qurama yorğanı xatırladar. Lakin hətta belə rəngarənglikdə də ahəngdarlıq əmələ gəlir, çünki onların oxşar cəhətləri olduqca çoxdur.