Noyabrın 30-da keçiriləcək hərraca 17 nəqliyyat vasitəsi çıxarılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 30-da nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Hərraca Azərbaycan Beynəlxalq Bankına məxsus 17 nəqliyyat vasitəsi çıxarılıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 2 min manatla 40 min manat arasında dəyişir. İstehsal tarixləri isə 2005-2014-cü illəri əhatə edir.
Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://clck.ru/32iHLh ).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]