CƏMİYYƏT
Noyabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 72 doza vaksin vurulub
![Noyabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 72 doza vaksin vurulub](/files/2022/3/1200x630/16679224232400550070_1200x630.jpg)
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 72 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 10, ikinci doza vaksinlərin sayı 31, üç və daha çox doza vaksinlərin sayı 24, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 7-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 914 min, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 668, ikinci mərhələ üzrə 4 milyon 872 min 32, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 40, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 260-dır.