Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nur şəhəri Mingəçevirin 73 yaşı tamam olur

Bakı, 11 noyabr, AZƏRTAC

Mingəçevirin adı gələndə gözümüz, könlümüz işıqlanır, ruhumuz sevinir. Bu şəhərin işığından hər evə, hər kəsə pay düşür. Mingəçeviri bütün Azərbaycan tikib, 73 il əvvəl ölkəmizin hər yerindən gənclər komsomol çağırışı ilə nur şəhərinin tikintisinə axışırdılar. Onların çoxu elə bu şəhərdə ailə qurub ev-eşik sahibi oldular, respublikamızın tərəqqisinə töhfə verdilər, bu cavan şəhəri Azərbaycanın dördüncü sənaye-istehsal mərkəzinə çevirdilər.

AZƏRTAC yazıçı Hacı Nərimanoğlunun 1948-ci il noyabrın 11-də Mingəçevirə şəhər statusunun verilməsi ilə bağlı yazısını təqdim edir.

1990-cı illərə qədər Mingəçevirdəki nadir zavodların çoxuna birbaşa dəmir yolu xətti çəkilmişdi və buradan SSRİ-nin hər yerinə hazır məhsullar göndərilir, yaxud xammal gətirilirdi. Bu şəhərin və elektrik stansiyalarının inşasında SSRİ-nin bütün respublikalarından, ən çox da Rusiyadan 100 min nəfər çalışıb. Buraya 20 min dustaq, 20 min alman əsiri də daxildir və indi Bozdağın ətəyində 911 almanın, Almaniya tərəfindən savaşa qatılmış digər millətlərin əsgər və zabitinin məzarı var. Almanların tikdiyi binalar, körpülər, yaşadıqları evlər indiyədək sağ-salamat qalıb.

Mingəçevirdə 15 millətin nümayəndəsi yaşayır. Mingəçevir I və II Qarabağ müharibəsində ən çox şəhid verən şəhərlərdən biridir. Otuz ildir 20 mindən çox məcburi köçkün bu şəhərdə müvəqqəti məskunlaşıb.

Qədim Mingəçevir. Birinci minillikdən əvvəl yaşamış tarixçi, coğrafiyaşünaslar Plutarx, Strabon, Ptolomey öz qeyd və xəritələrində Kürün sağ və sol sahilində hazırkı Mingəçevirin yerləşdiyi ərazidə geniş sahədə zəngin yaşayış məskəninin mövcudluğundan bəhs edib. Şəhərə bitişik Mingəçevir və Hürüuşağı kəndlərində indiyədək xeyli qədim qəbir yerləri qalıb. Övliya Çələbi (1611-1682) “Səyahətnamə”sində Mingəçevir haqqında məlumat verib, Kür çayının sağ sahilində Bozdağın ətəyində yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkib və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğunu yazıb.

1871-ci ildə Peterburqda II Rusiya arxeoloji qurultayında Qafqaz arxeoloji komitəsinin sədri A.R.Berje məruzəsində diqqəti Mingəçevirin qədim insan məskəni olmasına dair çoxsaylı faktlara yönəldərək, bu ərazinin tarixinin ətraflı öyrənilməsinin zəruriliyini vurğulamışdı. F.S.Bayer, Y.A.Paxomov, K.V.Trever, Q.İ.İone, Q.M.Aslanov, P.M.Vahidovun tədqiqatlarında ərazidə zəngin maddi-mədəniyyət abidələrinin mövcudluğu qeyd edilib.

1941-ci ildə “Azərbaycan arxeologiyasının atası”, Mingəçevir arxeoloji ekspedisiyasının rəisi Saleh Qazıyevin rəhbərliyi ilə Samux-Mingəçevir ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazidə Cənubi Qafqazın ən iri arxeoloji kompleksi - eneolit dövrünə (e.ə III minillik) aid 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar, 20 kurqan, 30 minədək maddi-mədəniyyət nümunəsi aşkar olundu. Tapılan əkinçilik, heyvandarlıq, sənətkarlıq, ovçuluq alətləri burada əhalinin oturaq həyat sürdüyünü sübut edirdi. Qədim şəhərin izləri, 200 qəbir və katakombada aparılan tədqiqatlar insanların antropologiyası, sosial təbəqələşməsi, dünyagörüşü, məişəti, adət-ənənələri, qonşu ölkələrlə əlaqələri, ərazidə gedən qanlı savaşlar barədə zəngin məlumatları üzə çıxarmışdı. Mingəçevir-Samux bölgəsinin arxeoloji mənzərəsi Alban tariximizin, kökümüzün canlı salnaməsi, daş yaddaşı, əyani təcəssümü idi. Samux-Mingəçevir ərazisi Alban dövlətinin inkişaf etdiyi dövrlərdə mədəni mərkəzlərdən biri kimi tanınmışdı. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə burada alban əlifbası tərtib edilmiş, məktəblər açılmışdı. Mingəçevir dənizinin, keçmiş Samuxun ərazisi e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında qanlı döyüşlərin mərkəzi olub. Roma mənbələrində bu savaş barədə ətraflı məlumatlar var.

Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri idi. Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınırdı. Eləcə də Yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçirdi.

Tariximizə sahib çıxmaq kimi məkrli niyyətini hər zaman açıq göstərən bədnam qonşularımızın hiylələri, planları bu dəfə də öz işini görüb: Moskvadan gələn təlimatla arxeoloji tədqiqatlar qismən dayandırılıb, çox sayda alban yazılı abidələrinin də olduğu daş kitabələr (Mingəçevir - Sudağılan epitafiyası) ölkədən çıxarılıb, izi itirilib.

"Mingəçevir" toponiminin necə yaranması, mənası barədə müxtəlif ehtimallar, fərqli şərhlər mövcuddur. Onların arasında dilçi alim, mərhum akademik Tofiq Hacıyevin mülahizələri diqqəti daha çox cəlb edir: toponimdə iki alban türk tayfasının - “məng” və “savir”in adı birləşib, fonetik dəyişikliyə uğrayaraq daşlaşıb. Hər iki tayfanın Qafqazda mövcudluğu və Qafqaz türklərinin soykökündə iştirak etdiyi məlumdur. Türk dünyasının bütün guşələrində, o cümlədən Azərbaycanda bu tayfaların adını yaşadan xeyli toponim var.

Samuxla Mingəçevir əkiz qardaşdır, ancaq Samux nəinki Azərbaycanda, Qafqazda, hətta, dünyada ən faciəli tale yaşayan yurd yerimiz olub. Minlərlə hektar nadir fauna və florası olan ərazi qədim tariximizin üstü açılmamış dəfinə, xəzinələri, el-obaları, qəbiristanlıqları, əkin yerləri, ev-eşikləri, tarixi abidələri ilə birlikdə sular altında qalıb.

On bir il (1993-2004-cü illər) AZƏRTAC-ın bölgə müxbiri vəzifəsində çalışarkən bu şəhərdə yaşadım, onun mehriban, səmimi sakinləri ilə qaynayıb qarışdım, ata-baba yurdum Qubadlının həsrətinə, ağrı-acısına Mingəçevir həyan oldu. Mingəçevirin 100-dək şəhidi haqqında kitablar yazıb nəşr etdirdim. Bu yurdun tarixi, şəhərin qurucuları, dəyərli insanları ilə bağlı çoxsaylı məqalələrim dərc olundu.

Mingəçevirdəki Samux məhəlləsində - o yerlərdən köçüb yeni salınan şəhərdə özlərinə təzədən ev-eşik quran insanlar arasında çoxlu dostlar tapdım. Tez-tez gəmi ilə Mingəçevir dənizində seyrə çıxar, suların dibinə gömülən el-obaların yerini aramağa çalışar, xatirələrə dalardıq.

“Samux” alban mənşəli toponimdir: “meşəlik”, “ağaclıq”, “ov yeri” mənasını verir. Hələ çar dövründə - 1910-cu ildə Samuxun böyük bir hissəsi qoruq ərazisi elan edilmişdi. Bu torpaqlarda bitən nadir Eldar şamı meşəliyi 1901-ci ildə rus alimi S.Medvedyev tərəfindən öyrənilmiş, onun dünyada bənzəri olmayan relikt ağac növü olduğu sübut edilmişdi.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə “Eldar şamı” Dövlət Təbiət Qoruğu yaradılıb.

Müasir Mingəçevir. SSRİ Nazirlər Sovetinin 1945-ci il 6 iyul tarixli qərarı ilə Mingəçevir SES-in inşasına başlandı. 1948-ci il noyabrın 11-də isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevirə şəhər statusu verildi. Bu zərurət hidroqovşağın tikintisi ilə əlaqədar əhalinin artması, ictimai-mədəni və məişət obyektlərinin genişlənməsinə olan tələbatdan irəli gəlirdi.

SES-in tikintisinə İttifaq büdcəsindən hər il respublikamızın öz büdcəsindən çox vəsait ayrılırdı. Mingəçevir indi respublikamızda hasil olunan elektrik enerjisinin 65 faizini verir.

Mingəçevir hidrostansiyasının - SES-in texniki göstəriciləri su altında qalan ərazinin miqyasını da, görülmüş işlərin vüsətini də göstərir: bəndin torpaq səddinin hündürlüyü 80 metr, uzunluğu 1550 metr, bünövrəsinin eni 320 metrdir, torpaq tutumu 15,6 milyon kubmetrdir. Burada Avropada ən böyük süni göl (su anbarı) yaradılıb. Sahəsi 605 kvadratkilometr olan Mingəçevir dənizinin sututumu 17 milyard kubmetr, uzunluğu 75 kilometr, eni 9-18 kilometr, dərinliyi 25-70 metrdir. SES-in illik hasilat gücü 1,5 milyard kilovat/saat, Vərvərə SES-in gücü isə 16,5 milyon kilovat/saatdır. Yuxarı Qarabağ kanalından saniyədə 110 kubmetr, mənbəyini Xanabaddan götürən Şirvan kanalından isə saniyədə 70 kubmetr su axır. Kür çayının SES-dən Vərvərə su anbarının yuxarısınadək olan hissəsi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Bakı ilə birgə Mingəçevir 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının proqramları çərçivəsində idman avarçəkməsi üzrə yarışların məkanı olub.

Dövlət müstəqilliyimizin bərpa olunduğu 30 ildə şəhər həyatının demək olar hər bir sahəsində mühüm dəyişikliklər və yeniliklər baş verib. Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etdirilir. Şəhər ərazisində 40-a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük elektrik stansiyası fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mingəçevir Sənaye Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb.

Ana Kürün sahilinə, məğrur Bozdağın sinəsinə sığınan Mingəçevir gündən-günə gözəlləşir, simasını dəyişir, səliqə-sahmanı ilə göz oxşayır. Ona bu gözəlliyi, təravəti bəxş edən səmimi və mehriban insanları - mingəçevirlilərdir.

Yetmiş üç yaşın mübarək, nur şəhərimiz Mingəçevir!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb