Nurlana Cəfərova: Gələcəkdə yarışların final mərhələsində daha yaxşı nəticə göstərməyə çalışacağam
Bakı, 16 may, Əziz Məmmədov, AZƏRTAC
Mən bilirdim ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına çox güclü idmançılar gələcək. Buna görə İslamiadaya çox təkidlə və hərtərəfli hazırlaşırdım. Əlbəttə, yığmamıza ən yüksək əyarlı növbəti medal gətirə bilmədiyim üçün təəssüflənirəm. Doğma divarlar arasında çıxış etmək çox məsuliyyətli məsələdir, çünki burada səndən yalnız qələbə gözləyirlər.
İslamiadanın dəyirmi stenddə atıcılıq yarışlarının gümüş mükafatçısı, Azərbaycan idmançısı Nurlana Cəfərova bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
N.Cəfərova daha sonra deyib: “Məlum olduğu kimi, finala çıxmaq üçün seçmə raunddan keçmək lazımdır. Bu raundda biz 75 hədəfə atəş açırıq. Mən 71 hədəfi düzgün nişan alaraq finala birinci kimi çıxdım. Lakin hər bir idmançı təsdiq edə bilər ki, seçmə mərhələdə uğurlu çıxış sonradan bəzən baha başa gələ bilər. Bununla belə, ruhdan düşmürəm və hesab edirəm ki, gələcəkdə yarışların final mərhələsində daha yaxşı nəticə göstərə biləcəyəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]
Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib
- 29.10.2026 [10:53]
“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi
- 29.10.2026 [10:26]
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək
- 29.10.2026 [10:09]
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 29.10.2026 [09:59]
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır
- 29.10.2026 [01:57]
Kriştianu Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib
- 29.10.2026 [00:07]
Avropa Kuboku: "LANDAU Lions" qalib gəldi, "Neftçi" məğlub oldu
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
- 28.10.2026 [23:27]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [21:51]