DÜNYA
Nyu-Yorkda ötən il rekord sayda az qətl hadisəsi qeydə alınıb
Bakı, 4 yanvar, AZƏRTAC
2018-ci ildə Nyu-York şəhərində baş verən qətl hadisələrinin sayı rekord miqdarda azalıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polisin məlumatına əsasən, 8,6 milyon insanın yaşadığı şəhərdə ötən il ölümlə nəticələnən 289 cinayət hadisəsi qeydə alınıb. 2017-ci ildə isə meqapolisdə 292 qətl hadisəsi törədilmişdi. Bununla yanaşı, Nyu-Yorkda qətllərin sayı 28 ildir ki, mütəmadi olaraq azalır.
Həmçinin ötən il şəhərdə atışma ilə nəticələnən insidentlərin sayı 800-dən az olub (2017-ci ildə 900-dən çox). Qarət və oğurluq halları isə təxminən 8 faiz azalıb.
Nyu-Yorkda qətllərin ən çox müşahidə edildiyi 1990-cı illərdə şəhərdə hər il orta hesabla 2 mindən çox insan öldürülürdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]