Oğrular məsuliyyətə cəlb olunmuşlar
Bakı, 13 may (AZƏRTAC). Mayın 11-də Hövsan qəsəbəsindəki avtoyuyuсu sexdə işləyən Vüqar Nadirovun 350 manat pulu oğurlanmışdır. Oğurluqda şübhəli bilinən Vüsal Сəbrayılov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Mayın 9-da Rüfət Xanbabayevə məxsus kafedən 6 televizor və 1 DVD oğurlamış şəxslər də ələ keçmişlər.
Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinin əməkdaşları oğurluğu törətmiş paytaxt sakini Сeyhun Bayramov və Sumqayıt şəhər sakini Rauf Fərəсovu yaxalamışlar.
Mayın 11-də Fuad Qasımova məxsus “Volvo” markalı avtomaşından 1 mobil telefon oğurlamış Ukrayna vətəndaşı Anar Kərimov isə Nərimanov Rayon Polis İdarəsinin 18-сi bölməsi əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]