CƏMİYYƏT
Oğurluğa cəhd göstərmiş şəxslər məsuliyyətə cəlb olunmuşlar
Bakı, 14 fevral (AZƏRTAC).Fevralın 13-də “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidində, paytaxt sakini Səid Mövsümova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Şirvan sakini Nurələm Rəsulov Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılmışdır.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə fevralın 13-də Novxanı bağlar sahəsindəki evlərdən birində yaşayan İlkin Abbasova məxsus “VAZ-2106” markalı avtomaşından oğurluğa cəhd göstərmiş Sumqayıt sakini Etibar Əliyevi yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.