Oğuz rayonunun Bucaq kəndinə təbii qaz verilmişdir
Oğuz, 11 may (AZƏRTAC). Oğuz rayonunun Bucaq kəndinin əhalisi ümummilli liderimiz Heydər Əliyevin doğum günü - mayın 10-da çox dəyərli bayram hədiyyəsi almışlar. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən kəndin qazlaşdırılması istiqamətində görülən işlər başa çatdırılmış və kəndə mavi yanacağın verilməsi təmin olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Etibar Yusifov və “Azəriqaz” İstehsalat Birliyinin (İB) nümayəndəsi Süleyman Həsənəliyev ulu öndərin doğum günündə kəndə qazın verilməsinin sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu bildirmişlər. Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini nəzərə çarpdıran natiqlər, son illər təkcə Oğuz rayonunda 9 kəndin qazlaşdırıldığını, yaxın vaxtlarda Padar və Bayan kəndlərinin də qazlaşdırılmasına başlanılacağını bildirmişlər. Məlumat verilmişdir ki, Bucaq kəndinin qazlaşdırılması üçün 14 kilometr uzunluğunda kəmər xətt çəkilmiş, 300-dən artıq mənzilə sayğac quraşdırılmışdır.
Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və mənzillərə qaz verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]