Okinavadakı ABŞ dəniz piyadaları 2024-2025-ci illərdə Quam adalarına yerləşdiriləcək
Tokio, 3 may, AZƏRTAC
ABŞ Okinava prefekturasındakı dəniz piyadalarını 2024-cü ilin oktyabrından 2025-ci ilin martınadək Quam adalarına köçürməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi ABŞ hərbi dairələrinə istinadla məlumat yayıb. Ümumilikdə Okinavadan Quama təqribən 5 mindən 19 minədək hərbi qulluqçunun köçürülməsi nəzərdə tutulur. Onların üçdə bir hissəsinin orada daimi qalacağı, digərlərinin isə yarım ildən bir dəyişdiriləcəyi bildirilir.
Plana əsasən, bu qüvvələrin yerləşdirilməsi məqsədilə strateji B-52 bombardmançı təyyarələrinin yerləşdiyi bazanın yaxınlığında daha biri inşa olunacaq. Yeni baza “Kemp Braz” adlandırılacaq. Onun tikintisinin 2026-cı ilədək başa çatdırılacağı gözlənilir. Bazanın yaxınlığında yeni yolların və infrastruktur obyektlərinin inşa edilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Okianava adasında Yaponiyadakı ABŞ hərbi obyektlərin 75 faizi yerləşir ki, bu da yerli əhalinin narazılığına səbəb olur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]