Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya" ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 26-da Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq "İnnovasiyalar həftəsi"nə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin rəhbəri Rəşad Əzizov qeyd edib ki, "İnnovasiyalar həftəsi" çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiberidman Federasiyası, "Keepface", "Microsoft" və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq. "İnnovasiyalar həftəsi"ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft" şirkətinin təşkil etdiyi "dəyirmi masa"da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, həmçinin Azərbaycan Kiberidman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcək.

Eyni zamanda, "İnnovasiya həftəsi"ndə "İdeyadan Biznesə" layihəsi çərçivəsində keçirilən startap turların qaliblərinin yarışacağı böyük final təşkil ediləcək. "İnnovasiya həftəsi" çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı ("Hackathon") təşkil ediləcək. Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı onun müəllifi həm də mükafatlandırılacaq.

Eyni zamanda, Yüksək Texnologiyalar Parkı ilə "AstroLabs" akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub.

"İnnovasiyalar həftəsi"nin ən maraqlı tədbirlərindən biri "Qlobal İnfluenser Günü" (Global İnfluencer Day) olacaq. Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək "Qlobal İnfluenser Günü" maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot "Sofiya" Azərbaycana gələcək.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, mərkəz fəaliyyət göstərdiyi müddətdə digər sahələrlə yanaşı informasiya-texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bu baxımdan Heydər Əliyev Mərkəzi ölkəmizdə ilk dəfə təşkil olunacaq beynəlxalq "İnnovasiyalar həftəsi"nin tərəfdaşları sırasında da yer alır.

"Keepface" şirkətinin rəhbəri Emin Vəli təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Bakıda yaradılan şirkət hazırda 35 ölkədə fəaliyyət göstərir. "Komandamız qlobal təcrübəli insanlardan ibarətdir, biz dünyada baş verən trendləri tətbiq edərək öz platformamızı yaratmışıq və sürətlə böyüməkdəyik. Hazırda "Keepface" bazasında 14 mindən çox insan qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin auditoriyası 1 milyard nəfərə yaxındır. Bizim bazadan qeydiyyat keçənlərin sayı genişlənir", - deyə şirkət nümayəndəsi bildirib.

"FA International Trade Events"in rəhbəri Nail Babayev gələn ay ölkəmizdə keçiriləcək tədbirə mindən artıq iştirakçının qatılacağını deyib. Qeyd edib ki, tədbirin əsas spikeri robot "Sofiya"dır. "Sofiya" robotlaşdırılma, süni intellekt, xüsusi bacarıqların birləşməsi əsasında yaradılmış dünyada ən qabaqcıl insanabənzər robotdur. "Sofiya" sahib olduğu süni intellekt sayəsində sərbəst şəkildə interaktiv dialoqlara daxil ola bilir, fərqli mövzularda məntiqli, analitik həllər təklif edə bilir. Robot kənar müdaxilə olmadan öz sosial şəbəkə hesablarından aktiv istifadə edə, suallara məntiqli cavablar verə bilir.

Tədbirin son günü kontent turun keçiriləcəyini deyən şirkət rəhbəri bildirib ki, tur çərçivəsində influenserlər həm Azərbaycan mətbəxi, həm də Bakının turistik məkanları ilə tanış olub, onunla bağlı kontent hazırlayacaqlar.

Azərbaycan Kiberidman Federasiyasının rəhbəri Ramil Əliyev Azərbaycan Kiberidman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, turnirin məqsədi kiberidmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. "Baku Open Cyber Cup" çərçivəsində döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək. Peşəkar hakimlərin idarə edəcəyi oyunlarda əvvəlcədən qeydiyyatdan keçərək iştirak etmək mümkün olacaq. Turnirin qalibləri isə Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Qeyd edək ki, "Qlobal İnfluenser Günü" tədbirinin təşkilatçıları "Keepface DMCC" və "FA International Trade Events"dir. Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, ADA Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CAMCA network tərəfindən dəstəklənir.

"UBM", "Leo Burnett Azərbaycan", "Mediamark", "Adzone", "Canvas", “Marklab”, "Times Consulting", "Alibayov Communication & Consulting"in müxtəlif aspektlərdə kömək etdiyi "Qlobal İnfluenser Günü"nün sponsorları "Astrolabs", "Azersun", "Azgranata", "SATGroup", "PWC", "Roof Academy"dir. "Qlobal İnfluenser Günü" tədbirinin biletləri iTicket.az satış məntəqələri və saytında satılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH