ELM VƏ TƏHSİL
Olimpiadaya hazırlıqla əlaqədar məktəblərdə görüşlər davam edir
Bakı, 10 aprel (AZƏRTAC). May ayının əvvəllərində keçiriləcək X respublika olimpiadasına hazırlıq işləri ilə əlaqədar məktəblərdə görüşlər davam edir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, bu ali təhsil müəssisəsinin ictimai əlaqələr və media üzrə direktoru, olimpiadaya hazırlıq üzrə təşkilat komitəsi sədrinin müavini Əlövsət Əmirbəyli aprelin 9-da Suraxanı rayonundakı 89, 101, 104 və 146 nömrəli orta məktəblərdə olmuşdur.
Ə.Əmirbəyli həmin məktəblərin XI sinif şagirdləri ilə görüşmüş, onlara Xəzər Universitetindəki ixtisaslar və olimpiadanın şərtləri haqqında geniş məlumat vermiş, sualları cavablandırmışdır.