OLİMPİYA MƏŞƏLİ BİR GECƏ SALONİKİDƏ “QONAQ” OLMUŞDUR
Bakı, 28 oktyabr (AZƏRTAC). 2010-cu ildə Vankuverdə keçiriləcək Qış Olimpiya oyunlarının məşəlini aparanlar oktyabrın 27-də Yunanıstanın Saloniki şəhərinə gəlmişlər.
Olimpiya məşəli şəhər memarlığının rəmzi sayılan, XVI əsrdə Salonikinin mərkəzində - Termaikos körfəzinin sahilində ucaldılmış Ağ qülləni bütün gecə işıqlandırmışdır. Məşəlin gətirilməsi əlamətdar bir günə - şəhərin hamisi Müqəddəs Dmitri gününə təsadüf etmişdir.
Ağ qüllədəki xüsusi Olimpiya mehrabında məşəli idman gimnastikası üzrə Olimpiya çempionu Dimostenis Tambakos alovlandırmışdır.
Səhər tezdən estafet Makedoniya vilayətinin Edessa şəhərinə üz tutmuş, sonra qədim Pellaya gəlmişdir. Burada onu yerli məktəblilər böyük səmimiyyətlə qarşılamışlar. Bütövlükdə beş gün ərzində məşəli aparanlar 310 kilometr məsafə qət etmişlər.
Daha sonra estafet Naus, Veriya, Kozani, Ellason və Larisa şəhərlərindən keçəcək, oktyabrın 29-da paytaxt Afinanın mərkəzində ağ mərmərdən inşa edilmiş tarixi “Panatinaikos” meydanına gələcəkdir. Xatırladaq ki, müasir Olimpiya oyunları ilk dəfə 1896-cı ildə məhz burada keçirilmişdir. Orada Olimpiya məşəli Vankuverdə keçiriləcək XXI Qış Olimpiya oyunlarının təşkilatçılarına ötürüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]