Ölkədə 51,8 min yeni iş yeri açılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Cari ilin doqquz ayı ərzində ölkədə 51,8 min yeni iş yeri açılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni açılmış iş yerlərinin 80,5 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların, o cümlədən 3,5 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,2 faizi Quba-Xaçmaz, 2,1 faizi Şirvan-Salyan, 1,8 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Lənkəran-Astara, 1,3 faizi Qarabağ, 1 faizi Qazax-Tovuz, 1 faizi Mərkəzi Aran, 1 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Bununla yanaşı, 2022-ci ilin doqquz ayı ərzində ölkədə 6,8 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 47,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 52,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]