ELM VƏ TƏHSİL
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müasir tariximizin ən möhtəşəm hadisəsidir
![](/files/galleryphoto/2022/3/1200x630/1664278692455250895_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1664278692527218859_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1664278692242532047_1200x630.jpg)
Bakı, 27 sentyabr, AZƏRTAC
Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva haqq savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qazanılan Zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən söz açıb. O, son damla qanına qədər vuruşaraq Azərbaycan xalqına bu Zəfəri yaşadan şəhidlərin xatirəsinin hər zaman qəlblərdə yaşayacağını vurğulayıb.
Biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova 44 günlük haqq savaşımızdan ətraflı söz açaraq vurğulayıb ki, Azərbaycan Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə və digər şəhər və rayonlarımızda həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. Ordumuz Ermənistana layiq olduğu yeri göstərməklə xalqımızın tarixi torpaqlarını düşmən tapdağından azad etdi.
İnstitutun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova çıxışında Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb. O, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından danışıb, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini müasir tariximizin ən möhtəşəm hadisəsi kimi qeyd edib.
Tədbir torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən əsgərlərin valideynlərinin və gənc alimlərin çıxışı ilə yekunlaşıb.