OMBUDSMAN KİYEVDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova aprelin 12-dən 14-dək Kiyev şəhərində Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkil təsisatının Dünya İnsan Hüquqları Bəyannaməsinin 60 illik yubileyi və Ukrayna Ombudsman institutunun yaradılmasının 10-cu ildönümü münasibətilə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir.
Konfransın geniş iclaslarında yoxsulluq problemləri, əmək miqrantlarının hüquqları, insan, o cümlədən uşaq alverinə, işgəncələrə, terrorizmə qarşı mübarizə, ekoloji təhlükəsizlik və digər məsələlər müzakirə ediləcəkdir.
Tədbirdə E.Süleymanova Azərbaycanın sivil dünyaya inteqrasiyası istiqamətində atılan addımlar barədə danışacaq, insan hüquq və azadlıqlarının təmini üzrə görülən işlər, respublikamızda təsdiq olunmuş insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı müvəkkilin fəaliyyəti haqqında məlumat verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]