On ayda aktiv əmək müqavilələrinin sayı 1,7 milyondan çox olub
Bakı, 19 noyabr, AZƏRTAC
Ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması, sığorta olunanların əmək hüquqlarının qorunması və bu sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin noyabrın 1-nə aktiv əmək müqavilələrinin sayı 1 milyon 728 mindən çox olub. İlin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb.
Həmçinin oktyabr ayı ərzində özəl sektorda 12,5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Cari ildə bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]