On ayda bir istehlakçı orta hesabla ayda 485,4 manat vəsait xərcləyib
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 48,8 milyard manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,2 faiz artaraq 47,1 milyard manata bərabər olub, onun 47,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 485,4 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 73,2 manat çox vəsait xərcləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]