On ayda əsas kapitala yönəldilmiş vəsaitlər artıb
Bakı, 21 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 11 milyard 774,5 milyon manat olub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3 faiz artaraq 3 milyard 82 milyon manat təşkil edib. Qeyri-neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]